Lukaku ''bomba'' partladacaq - onun yığmada bəziləri ilə problemi var imiş

24.11.2026 14:06 9
Dünya futbolu
Romelu Lukakunun Belçika yığmasında çıxışını başa vurması ilə bağlı qəbul etdiyi sürpriz qərarın əks-sədası davam edir.

Bəzi mənbələrdə qeyd olunmuşdu ki, 33 yaşlı futbolçu son matçlarda oynamayacağını öyrəndikdən sonra acığa düşərək yığma karyerasını bitirmək qərarına gəldi. Onun fikrindən daşınacağını söyləyənlər də var. Sabiq belçikalı futbolçu Steyn Steynen iddia etmişdi ki, Lukaku duyğusal qərar verib və hələ də yığmaya faydalı ola bilər. İndi də digər belçikalı ulduz, bir dönəm Lukaku ilə çiyin-çiyinə oynamış 38 yaşlı Raca Naynqqolan bu mövzuda açıqlamalar verib. Onun sözlərindən belə başa düşmək olar ki, təcrübəli futbolçunun yığma komandada ciddi problemləri var imiş:

"Lukaku ilə telefonda bir saat söhbət etdim. Mənə dedi ki, bu yaxınlarda yığma karyerasını bitirməsi ilə bağlı yeni bir ''bomba'' partlada bilər. Yəni davamı gələcək. Çünki yığmanın düşərgəsində bir neçə nəfərlə problemləri var idi. Bundan artıq heç nə söyləməyəcəm. Qalanını özü açıqlayacaq. Onun duyğularının adından danışa bilmərəm. Amma hiss etdim ki, bəzi məsələlərdə çox üzgün və əsəbi görünür. Xəyal qırıqlığı yaşamış vəziyyətdədi. Həqiqi problemlərinin nədən ibarət olduğunu yaxın vaxtlarda biləcəyik".