“Liverpul” rəhbərliyi Dominik Soboslay ilə yeni müqavilə imzalamağa hazırlaşır.
"Football-plus.az" xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.
Klub onunla danışıqlara başlayıb. 25 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Onun yeni sözləşmənin müddəti isə 2030-cu ilin yayınadək olacaq.
Qeyd edək ki, Soboslay 2023-cü ilin yayından “Liverpul”un formasını geyir. O, cari mövsüm bütün turnirlərdə 15 matçda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.