Antonio Rüdigerin “Real”da daha uzun müddət oynamaq şansı olacaq.
İspaniya klubu onunla müqaviləni yeniləyəcək. İnsayder Florian Plettenberqin məlumatına görə, rəhbərlik 32 yaşlı mərkəz müdafiəçisi ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalamağı planlaşdırır. Alman futbolçunun “Real” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Antonio bu klubda 2022-ci ilin yayından çıxış edir. O, indiyədək ağ formada bütün turnirlərdə 145 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.