“Bodrum Bələdiyyəsi Masterlər” komandasının qapıçısı Egey Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin “9 sentyabr Masterlər”lə final matçı zamanı infarkt keçirib.
Yerli mənbələrin yaydığı xəbərə görə, 43 yaşlı oyunçu oyunda qəfil özünü pis hiss edib və yerə yıxılıb. Ona komanda yoldaşları tərəfindən ilkin yardım göstərilib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mumcu peşəkar karyerası ərzində “Batman Petrolspor” və “Tavşanlı Linyitspor”un formasını geyib.