A seriyasının 32-ci turunun “Udineze” ilə matçında inamlı qələbə (4:0) “Milan”a baha başa gəlib. Komandanın qapıçısı Mayk Menyan ciddi xəsarət alıb.
"Football-plus.az" xəbər verir ki, o, komanda yoldaşı Aleks Ximeneslə toqquşub. Fransalı futbolçu toqquşmadan sonra qazona yıxılaraq huşunu itirib. Meydandan xərəkdə çıxarılan 29 yaşlı futbolçu müayinə üçün dərhal xəstəxanaya aparılıb.
Həkimlərin gəldiyi qənaətə görə, Mayk toqquşma nəticəsində huşunu itirməyib. Bununla belə, onun cümədən şənbəyə keçən gecə xəstəxanada qalması lazım bilinib.
Şənbə günü səhər klinikanı tərk edən Mayk bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 11 matçda qapısını toxunulmaz saxlayıb.