Messi 850-yə çatdı, amma...

12.11.2024 03:50 284
Dünya futbolu
MLS-in müntəzəm çempionatının qalibi olan “İnter Mayami” pley-offda mübarizəni dayandırıb.

Lionel Messinin komandası ilə “Atlanta Yunayted” arasında 1/8 final mərhələsinin 3-cü pley-off oyunu keçirilib. Mayamidəki matçda “Atalanta Yunayted” 3:2 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin argentinalı hücumçusu Lionel Messi karyerasında 850-ci qolunu vurub.

Bu məğlubiyyətdən sonra “İnter Mayami” MLS-də mübarizəni dayandırıb. Xatırladaq ki, Xerardo Martinonun komandası ilk oyunda, ikinci matçda isə “Atlanta Yunayted” 2:1 hesabıyla qalib gəlmişdi.