Lionel Messi parlaq karyerasında daha bir yüksək göstəriciyə nail olub.
"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin təcrübəli futbolçusu cari mövsümdə MLS-in müntəzəm çempionatının ən yaxşı bombardiri olub. 39 yaşlı argentinalı hücumçu 31 oyunda 26 qol vuraraq “Qızıl buts” mükafatını qazanıb. Lionel bu göstərici ilə Petar Musanı (“Dallas”, 22 qol) və Sem Sarrici (“Neşvill”, 21 qol) qabaqlayıb. Messi MLS-in müntəzəm çempionatında ardıcıl iki mövsüm ən yaxşı bombardir olan ilk futbolçu kimi tarixə düşüb.
“İnter Mayami” Şərq Konfransında 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb. MLS-in son çempionu olan Kili Qonsalesin komandası ilk mərhələdə “Kolambus Kryu” ilə qarşılaşacaq.
MLS-də bunu yalnız Messi bacardı!
Dünya futbolu





