Cəlalın komandası səfərdə qalib gəldi

22.11.2026 10:36 9
Dünya futbolu
Rumıniya superliqasında 16-cı turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Dinamo Buxarest”lə üz-üzə gəlib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

Cəlal Hüseynov meydana 89-cu dəqiqədə daxil olub.

"Petrolul" 30 xalla 4-cü sıradadı.