Cəlalın komandası qalib gəldi

29.08.2026 13:35 4
Dünya futbolu
Rumıniya çempionatında 7-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” “Universitatya Kluj”un qonağı olub. Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb - 3:2.

Cəlal da bu oyunun iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan müdafiəçi 81-ci dəqiqədə Sergiu Hankanın əvəzinə meydana çıxıb.

Xallarının sayını 12-yə çatdıran "Petrolul" ikinci pilləyə yüksəlib.