Rumıniya superliqasında 8-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul" "Korvinul" komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.
Cəlal qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 54-cü dəqiqədə meydana daxil olub.
"Petrolul" 15 xalla 2-ci pillədə qərarlaşıb.
Cəlalın komandası qələbə qazandı
Dünya futbolu






