İtaliya B Seriyasında 12-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, U-21 millimizin hücumçusu Lorentso Mezzoteronun çıxış etdiyi “Sampdoriya” evdə “Benevento”nu məğlub edib - 3:1.
Qarşılaşmaya start heyətində başlayan Mezzotero 34-cü dəqiqədə fərqlənərək komandasının 3-cü qoluna imza atıb. O, 59-cu dəqiqədə əvəzlənib.
Bu, gənc hücumçunun “Sampdoriya”nın əsas komandasında ikinci qolu olub.
“Sampdoriya” 14 xalla 13-cü pillədədi.
Mezzotero İtaliyada yenə qol vurdu
Dünya futbolu





