Türkiyəli hücumçu özünü bu baxımdan Osimhendən üstün sayır

21.11.2026 15:53 0
Dünya futbolu
Bir dönəm ''Fənərbaxça''da top qovmuş, hazırda ''Qaziantep''in şərəfini qoruyan Sərdar Dursun ''Qalatasaray''ın ünlü forvardı Viktor Osimhenlə bağlı diqqətçəkən acıqlamalar verib.

Son zərbələrinin Osimhenlə müqayisədə daha yaxşı olduğunu iddia edən 35 yaşlı forvard ''Fənər''də baş tutan növbəti məşqçi dəyişikliyinə də münasibət bildirib. 2021-22-ci illərdə Türkiyə yığmasına da cəlb olunan və 10 oyuna 7 qol vuran Dursun yenidən ''ay-ulduzlular''ın heyətinə cəlb olunacağına da ümidini itirmir:

''Osimhenin texnikasının ideal dərəcədə təmiz olduğunu düşünmürəm. Düzdü, məncə, çempionatımızın ən yaxşı hücumçusudu. Demək olar, hər göstəricidə məndən üstündü. Amma mənim son zərbələrim onunkundan daha yaxşıdı. Zatən bununla bağlı statistika da ortadadı. ''Fənərbaxça''da İsmayıl Kartalın bu dəfəki dönəmi əslində pis başlamadı. Amma ''Fənər'' psixoloji cəhətdən çox tez həvəsdən düşən, ''sınan'' bir camiədi. İsmayıl hocanın üzərinə lazımsız yerə çox getdilər. O da tez çökdü. Artıq yeni bir dönəm başlayıb. Əmrə Belözoğlu hər zaman arzusunda olduğu bir vəzifəyə nəhayət, qovuşdu. Camiəni yaxından tanıyan bir isimdi. Ümid edirəm ki, bu təyinat ''Fənərbaxça'' üçün uğurlu olacaq. Sərgən Yalçının fərqli xarizması və futbola öz baxış tərzi var. Qarşıdakı 4 ayda əlimdən gələni edərək Türkiyə yığmasından dəvət gözləyəcəm''.