Bənzər cəhətlərinin olduğunu bildirən ünlü futbolçu bunları deyib:
''Kərim inanılmaz futbolçudu. Hər zaman onun böyük heyranı olmuşam. 2022-də ''Real''ın heyətində sərgilədiyi futbol və qazandıqları həqiqətən də inanılmaz idi. Meydanın mərkəzinə qədər gəlib ''10 nömrə'' kimi oynaya, oyunu yönləndirə, eləcə də lazımi vaxtda cərimə meydançasına daxil ola bilir. Fiziki özəlliklərimiz bir qədər fərqli olsa da, oyun zəkası, boş zona tapmaq və ətrafımızdakı oyunçulara yardım etmək istəyi baxımından futbolumuzda bir çox bənzərliklər görürəm. İkimiz də göstərmişik ki, qol vurmaq üçün heç də hər zaman cərimə meydançasında olmaq tələb olunmur. Meydanın dərinliklərinə çəkildikdə daha çox fürsətlər yaxalayıram. Çünki belədə müdafiəçilər məni qarabaqara izləmir. Geriyə gəldikdə də oyunun gedişatından asılı olaraq qollar vururam. ''10 nömrə'' mövqeyində olduqda və rəqib müdafiə geriyə çəkildikdə mənim artıq cərimə meydançası həndəvərindən zərbə vurmaq fürsətim yaranır. Bu, mənim ən güclü özəlliklərimdən biridi''.
Qeyd edək ki, bundesliqanın son turu həm Keyn, həm də ''Bavariya'' üçün uğursuz alındı. Münhen nəhəngi evdə ''Köln''ü məğlub edə bilmədi. Hələ ilk yarıda zədələnərək əvəzlənənən Keynin isə ən azı 3 aylığa sıradan çıxdığı məlum olub.




