Dambrauskas jurnalistlərlə görüşəcək

11.10.2026 11:25 18
Avrokuboklar
“Sabah” və “Slaviya"nın baş məşqçilərinin Çempionlar Liqasının 2-ci turunun Bakıda keçiriləcək oyundan əvvəlki mətbuat konfranslarının vaxtları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas 12 oktyabr saat 18.00-da media nümayəndələri ilə görüşəcək və komandasının son məşqi yarım saat sonra başlayacaq.

Qonaqların məşqçisi Jindrix Trpişovski həmin gün saat 19.15-də mətbuat konfransı keçirəcək. Onun komandasının son məşqinə saat 20.00-da start veriləcək. Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq. Bütün tədbirlər Bakı Olimpiya Stadionunda keçiriləcək.

"Sabah" - "Slaviya" matçı 13 oktyabrda BOS-da keçiriləcək. Oyuna 20.45-də start veriləcək.