Oktyabrın 17-də mükafatın sahibi bəlli olacaq. Futbol dünyasının fikrincə, bu il bu mükafatı qazanmağa ən çox layiq olan futbolçu ''Real'' və Fransa yığmasının forvardı Kərim Benzemadı. Bu cür düşünənlərin sırasına ''Bavariya''nın ulduzu Sadio Mane də qoşulub. Seneqalın həm Afrika Millətlər Kubokunu qazanmasında, həm də DÇ-2022-yə vəsiqə əldə etməsində böyük rol oynamasına baxmayaraq Mane Benzemanı favorit görür:
''Kərim bu mükafata layiq olduğunu göstərdi. Ötən mövsümü həqiqətən də inanılmaz səviyyədə keçirdi. ÇL-in qalibi oldu. Düzdü, mən də yığmanın heyətində yaxşı oyunlar keçirdim. Afrikanın ən güclüsü olduq və bunun fərqindəyəm. Bu titul həm mənə, həm ölkəmə böyük sevinc yaşatdı. Amma yenə də düşünürəm ki, Benzema ''Qızıl top''u böyük fərqlə qazanacaq və qazanmalıdı. Buna ürəkdən inanıram''.
