Orelyen Çuameni ilə bağlı bu yay yayılan şayiələr yalan imiş.
"Football-plus.az" xəbər verir ki, onun klubunu dəyişəcəyi iddia edilmişdi. Lakin “Real” rəhbərliyi fransalı yarımmüdafiəçi ilə müqaviləni yeniləyib. İspaniya klubunun rəsmi saytının məlumatında tərəflər arasında imzalanan yeni sözləşmənin müddətinin 2032-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilib.
Çuameni cari mövsümdə “Real”ın heyətində 10 oyuna çıxıb. Fransalı futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Gedəcəyi deyilirdi, müqaviləsi yeniləndi
Dünya futbolu




