Doğrudan da, idmanın qəribə və izaholunmaz qanunauyğunluqları var. Aleksandr Oveçkin MHL-də son mövsümünü keçirdiyini elan etdi və tam bir uğursuzluq zolağına düşdü. “Vaşinqton”un hücumçusu heç cür əvvəlki formasına yaxın düşə bilmir.
Paytaxt klubu həftəsonu “Nyu-Cersi” ilə keçirdiyi hər iki oyunda uduzdu. 41 yaşlı rusiyalı ulduz bu oyunların heç birində fərqlənə bilmədi. Bununla da onun qola həsrət qaldığı oyunların sayı 13-ə çatdı. Oveçkini öz antirekordundan cəmi bir addım ayırır. “Vaşinqton”un kapitanı 2023-cü ilin noyabr - dekabr aralığında ardıcıl 14 oyunda rəqib qapıçıları məyus edə bilməyib.
Oveçkin karyerasının qürub çağını yaşayırsa, “Edmonton”un ulduzu Konnor Makdevidin parıltısı adamın gözünü qamaşdırır. Kanadalı hücumçu 21-ci əsrdə bir müntəzəm çempionatda 50 xal həddinə hamıdan tez çatdı. 29 yaşlı forvard bunu 21-ci oyunda bacardı. Makdevid yubiley xalını noyabrın 15-də keçirilən “Toronto” ilə oyunda (1:0) Evan Buşara məhsuldar ötürmə verməklə topladı. Kanadalı hücumçu 2026/27 mövsümündə artıq hesabına 50 (11+39) xal yazıb.
Makdevid MHL tarixinə 21 oyun ərzində və daha tez 50 xal həddinə çatan 5-ci oyunçu kimi düşdü. Əvvəllər bunu Ueyn Qretski, Mario Lemye, Berni Nikolls və Mayk Bossi bacarıb. Sonuncu dəfə Lemye 1995/96 mövsümündə 50 xal həddinə belə tez çatıb. Mütləq rekord da 1988/89 mövsümündə cəmi 17 oyunda 50 xal toplayan Marioya məxsusdu.
Makdevidlə bağlı daha bir maraqlı statistika var. O, mövsümün startından bəri keçirdiyi 21 oyunun hər birində ya qol vurub, ya da məhsuldar ötürmə verib.
13 noyabr
Sietl – Karolina 1:4 (0:2, 0:1, 1:1)
Boston – Monreal 2:5 (0:2, 1:3, 1:0)
Kolambus – Tampa-Bey 1:3 (1:1, 0:0, 0:2)
Nyu-Cersi – Vaşinqton 5:2 (1:1, 1:1, 3:0)
Ottava – Kolorado 4:3 OT (2:0, 0:1, 1:2, 1:0)
Toronto – Minnesota 2:5 (0:1, 2:1, 0:3)
Florida – Detroyt 5:4 (1:2, 1:2, 3:0)
Dallas – Vinnipeq 3:8 (2:0, 1:5, 0:3)
Çikaqo – Baffalo 3:2 OT (1:2, 0:0, 1:0, 1:0)
Yuta – Sent-Luis 0:1 B (0:0, 0:0, 0:0, 0:0)
Los-Anceles – Aylenders 2:5 (1:2, 1:1, 0:2)
14 noyabr
Vankuver – Reyncers 1:5 (1:1, 0:4, 0:0)
Veqas – Neşvill 2:3 B (1:1, 1:0, 0:1, 0:0)
Karolina – Sietl 5:1 (2:0, 2:1, 1:0)
Çikaqo – Vinnipeq 4:5 (3:0, 1:2, 0:2)
15 noyabr
Boston – Minnesota 2:6 (0:1, 1:3, 1:2)
Vaşinqton – Nyu-Cersi 4:7 (3:2, 0:2, 1:3)
Kolambus – Filadelfiya (2:1, 1:2, 0:1)
Monreal – Kolorado 1:4 (0:2, 1:0, 1:2)
Pittsburq – Ottava 1:4 (1:0, 0:2, 0:2)
Sent-Luis – Florida 1:4 (0:2, 0:1, 1:1)
Tampa-Bey – Detroyt 0:2 (0:0, 0:1, 0:1)
Toronto – Edmonton 0:1 (0:0, 0:1, 1:0)
Dallas – Baffalo 2:0 (0:0, 1:0, 1:0)
Yuta – San-Xose 5:6 B (3:1, 1:2, 1:2, 0:0)
Anahaym – Aylenders 2:6 (0:1, 2:4, 0:1)
Los-Anceles – Kalqari 2:3 (0:0, 0:1, 2:2)
16 noyabr
Filadelfiya – Edmonton 2:5 (0:3, 2:0, 0:2)
Anahaym – Kalqari 6:1 (2:0, 0:0, 4:1)
Dallas – Florida 2:1 OT (0:0, 1:1, 0:0, 1:0)
Veqas – Vankuver 3:6 (1:3, 1:1, 1:2)
San-Xose – Neşvill 4:2 (2:0, 1:1, 1:1)
Uğursuz Oveçkin, uğurlu Makdevid!
İdman





