Lionel Messinin son illər çıxış etdiyi ABŞ çempionatında məhsuldar çıxışına görə bütün həmkarlarını geridə qoyduğu hamıya məlumdu.
"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu daha bir siyahıya görə digər oyunçulara yuxarıdan aşağı baxırlar. MLS Futbolçular Assosiasiyasının açıqladığı ABŞ çempionatının ən çox qazanan 5 futbolçusunun siyahısına məhz Messi başçılıq edir. “İnter Mayami”nin argentinalı hücumçusu 2026-cı ildə də liqanın ən çox qazanan futbolçusu olacaq. Onun illik zəmanətli gəliri 28,33 milyon dollara çatır.
Messi ötən illə müqayisədə maaşını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, dünya çempionu 2025-ci ildə 20,45 milyon dollar qazanmışdı.
Bu il MLS-də ən çox qazanan digər futbolçular isə Robert Levandovski (“Çikaqo Fayr”, 19,51 milyon dollar), Antuan Qrizmann (“Orlando Siti”, 13,94 milyon dollar), Son Hın Min (“Los Anceles”, 11,25 milyon dollar) və Brel Embolodu (“Atlanta Yunayted”, 10,81 milyon dollar).
O, hamıya yuxarıdan aşağı baxır
Dünya futbolu




