“Real”da ciddi itki

31.10.2023 13:51 591
Dünya futbolu
Orelyen Çuameni bir müddət futbol oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Real”ın yarımmüdafiəçisinin sol ayaq darağı sümükləri xəsarət alıb.

Fransalı futbolçu bu səbəbdən iki ay yaşıl meydanda görünməyəcək. Çuameni bu mövsüm İspaniya çempionatında keçirdiyi 11 oyunda 1 qol vurub.