Tələsin, tələsin - “Sabah” satışa yeni biletlər çıxardı!

20.11.2026 16:35 0
Avrokuboklar
Məlum olduğu kimi, noyabrın 25-də Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində “Sabah” Bakı Olimpiya Stadionunda İspaniya nəhəngi “Barselona”nı qəbul edəcək. Azərbaycanlı futbolsevərlərin böyük səbirsizliklə gözlədiyi qarşılaşmaya maraq olduqca yüksəkdi.

Daha öncə də xəbər verdiyimiz kimi, paytaxt təmsilçisi indiədək 50 min bilet satmışdı. Dünən qarşılaşma üçün növbəti biletləri satışa çıxarılıb. Azarkeşlərin böyük marağı nəticəsində biletlər cəmi 8 dəqiqə ərzində tükənib.

“Bayquşlar” azarkeşlərin bilet əldə etmək istəyini nəzərə alaraq bu gün yenidən əlavə yerləri satışa çıxarıb. Hazırda “İticket”in rəsmi saytında müxtəlif qiymət kateqoriyaları üzrə biletlər mövcuddu. Belə ki, satışda 50 manatlıq kateqoriya üzrə 633, 500 manatlıq kateqoriya üzrə 138, 1500 manatlıq kateqoriya üzrə isə 66 bilet qalıb. Yəni hazırda azarkeşlərin əldə edə biləcəyi ümumilikdə 837 bilet mövcuddu.

Dünən satışa çıxarılan biletlərin cəmi 8 dəqiqəyə tükəndiyini nəzərə alsaq, yeni satışa çıxarılan biletlərin də qısa müddətdə satılacaqı məlumdu. Bəs bu dəfə neçə dəqiqə kifayət edəcək?!

İSRAYIL XEYRULLAYEV