Beynəlxaq Buzüstü Hokkey Federasiyası (IIHF) Rusiyanın hokkey yığmalarının beynəlxalq yarışlara buraxılmasına icazə verən İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından apellyasiya şikayəti verib.
Federasiyanın əsası odu ki, CAS-ın həmin qərarı verən kollegiyasının üç üzvündən ikisini Rusiya ilə açıqlanmayan işgüzar əlaqələr bağlayır.
Kollegiyaya rəhbərlik edən italiyalı Culio Palermo sentyabrın 21-27-si aralığında keçirilən Rusiyanın Beynəlxalq Arbitraj Konqresində iştirak edib, Misirdən olan İsmail Səlim isə ötən ilin mayında Rusiyada keçirilən analoji tədbirə baş çəkib.
Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi oktyabrın 30-da Beynəlxaq Buzüstü Hokkey Federasiyasının üzərinə Rusiya yığmalarını bu qurumun bayrağı altında keçirilən turnirlərə buraxmaq öhdəliyi qoymaqla böyük qalmaqal yaradıb. Noyabrın 8-də IIHF milli federasiyalara Rusiya yığmasını Norveçin əvəzinə iştirakçılar siyahısına qoşmaqla gənclər arasında dünya çempionatının yenilənmiş təqvimini göndərib. Ancaq 7 milli federasiya turnirin yeni təqviminə razılıq verməyib.
Xatırladaq ki, Kanadada keçiriləcək gənclər arasında dünya çempionatı bu il dekabrın 26-da start götürəcək, gələn il yanvarın 5-də başa çatacaq.
CAS-ın iki nümayəndəsi ruslara satılıbmış...
İdman





