Portuqaliya futbolunda qəribə bir məqam yaşanıb.
Kriştiano Ronaldo yaxında ölkənin əsas komandasındakı çıxışını başa vurmaq qərarına gəlib. Onun oğlu isə ölkənin yeniyetmələrdən ibarət komandasında debüt edib.
Ulduz futbolçunun oğlu Kriştiano Ronaldo Junior Portuqaliyanın U-17 komandasında ilk oyununa çıxıb. 16 yaşlı hücumçu 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin Andorra ilə keçirilən oyununda meydana çıxıb. Ronaldo Junior meydana Portuqaliyanın rəqibini 4:0 hesabı ilə məğlub etdiyi matçın 73-cü dəqiqədə daxil olub.
Qeyd edək ki, yeniyetmə futbolçu bundan əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da oynayıb. Kiçik Ronaldo hazırda atasının top qovduğu “Əl-Nəssr”in akademiyasında çıxış edir.
Məşhur atasının yolu ilə gedir
Dünya futbolu




