Noyabrın 22-də Misli premyer-liqasının 12-ci turunun "Kəpəz" - "Qarabağ" oyununa şahidlik edəcəyik.
Daha əvvəl bu oyun üçün satışa çıxarılan biletlərin sürətlə satıldığını, tezliklə tükənəcəyini, həmçinin, hər iki komandanın cəzalı futbolçusunun olmadığını yazmışıq. İndi isə zədəli oyunçularla bağlı xəbərimiz var.
"Football-plus.az"ın əldə etdiyi məlumata görə, "Kəpəz"in heyətindən Azuma Abubakar və David Domqyeni artıq komanda ilə birgə məşqlərı başlayıb. Onlarla bağlı hansısa narahatlıq yoxdu. Adama Fofana isə fərdi məşqlər edir. Onun meydana çıxıb-çıxmayacağı sual altındadı.
"Qarabağ"dan Elvin Cəfərquliyev hələ fərdi məşqlərlə məşğuldu. Onun bu matçda forma geyə bilməyəcəyi dəqiqdi. Xoni Montiel isə komanda ilə birlikdə məşqlərdə iştirak etməyə başlayıb. İspaniyalı baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.
Xatırladaq ki, bu matç saat 17.00-da start götürəcək.
KƏNAN BAHADIR
"Kəpəz"lə "Qarabağ"ın heyətlərində son durum - hər iki komandada ciddi itkilər var!
Ölkə futbolu / Manşet





