Millimiz İraqla qarşılaşır

20.11.2026 11:00 18
Ölkə futbolu
20 yaşadək futbolçulardan ibarət millimiz Bakıda təşkil olunan təlim-məşq toplanışında 2-ci yoldaşlıq oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16.00-da başlayacaq.

Komandalar arasında noyabrın 17-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçirilən ilk oyun heç-heçə ilə başa çatıb - 0:0.