Uqo Lyoris karyerasında əlamətdar nəticəyə nail olub. “Los Anceles”in qapıçısı karyerasında keçirdiyi rəsmi oyunların sayını 1000-ə çatdırıb.
Bu barədə “Ekip” nəşri apardığı hesablamalar əsasında məlumat yayıb. 39 yaşlı əlcək sahibi yubiley matçını oktyabrın 26-da “Los Anceles Qalaksi”yə qarşı keçirib. MLS matçı 2:2 hesabı ilə nəticələnib. Uqo 1000 oyun keçirən ilk fransalı futbolçu kimi tarixə düşüb.
O, klub səviyyəsində 856, Fransa yığmasında isə 145 oyun keçirib. Uqo ABŞ-yə yollanmazdan əvvəl “Nitsa”, “Lion” və 2012-23-cü illərdə formasını geydiyi “Tottenhem”də çıxış edib. Onun Fransa yığması ilə 2018-ci ildə dünya çempionu olduğunu da vurğulayaq.
Lyoris 1000-ə çatan ilk fransalıdı!
Dünya futbolu




