Ronaldo niyə boykota əl atıb?

5.02.2026 20:21 20
Dünya futbolu
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunda “Ər-Riyad”la qarşılaşan “Əl-Nəssr”in heyətində görünməyib. Bunu gözlənilməz hadisə kimi dəyərləndirmək olar.

"Football-plus.az" xəbər verir ki, komandanın kapitanı Kriştiano Ronaldo bazar ertəsi keçirilən matçın iştirak ərizəsinə daxil edilməyib.

Klubun mətbuat xidmətinin yaydığı siyahıda portuqaliyalı ulduzun adı əsas və ya ehtiyat oyunçular arasında yer almayıb. Halbuki Ronaldo cari mövsümündə çempionatın ilk 19 oyununun hamısında start heyətində meydana çıxıb.

Qeyd edək ki, bir neçə gün əvvəl futbolçunun klub rəhbərliyindən narazı olduğu və matçlarda iştirakdan imtina etdiyi haqda xəbərlər yayılmışdı. “A Bola” nəşrinin məlumatına görə, Ronaldo “Əl-Nəssr”in “Ər-Riyad”la oyununu buraxmaq niyyətində idi. Kriştiano Səudiyyə Ərəbistanının Dövlət Sərmayə Fondunun klubu idarəetmə formasından narazıdı. O, “Əl-Nəssr”ə yetərincə sərmayə qoyulmadığını hesab edir. Kriştiano rəhbərliyin kluba zərər verdiyini, xüsusilə də transfer bazarında daha fəal olan “Əl-Hilal”la müqayisədə aşkar geri qaldığını düşünür.

Ronaldo “Əl-Nəssr”də 2023-cü ildən çıxış edir. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul