Nəhayət, Kriştiano Ronaldo yaşıl meydana qayıdıb.
"Football-plus.az" xəbər verir ki, o, 3 oyunluq boykotdan sonra “Əl-Nəssr”in heyətində meydana çıxıb. Portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının “Əl-Fateh”lə matçının start heyətinə yer alıb və qayıdışını qolla qeyd edib.
Ronaldo 18-ci dəqiqədə Sadio Manenin ötürməsini qola çevirməklə hesabı açıb. 78-ci dəqiqədə isə Ayman Yahya 2-ci qolu vurub və “Əl-Nəssr” 2:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, Ronaldo komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmayıb. Futbolçu bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz əlaməti kimi atmış və oyunları boykot etmişdi.
Ronaldo meydana qolla qayıtdı
Dünya futbolu






