"Qalatasaray" sabiq futbolçusu Arda Turan üçün vida oyunu keçirəcək.
"Footbal-plus.az" xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın vitse prezidenti Erden Timur klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Vida oyununun keçirilmə vaxtı hələ məlum deyil.
35 yaşlı Arda peşəkar futbolçu kimi “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başakşehir”də çıxış edib. O, son olaraq yetirməsi olduğu “Qalatasaray” da çıxış edib.