Gəncə Türkiyə təmsilçisinə də uduzdu

12.11.2026 21:15 0
İdman
“Gəncə” FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz C qrupunun altıncı turunda Türkiyənin “Esenler Erokspor” komandasını qəbul edib.

Gəncə İdman Sarayında baş tutan görüş qonaqların 97:66 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə “Gəncə” turnirdə 6 oyunda 5-ci məğlubiyyətini alıb. Komanda indiyədək yeganə qələbəsini doğma meydanda Portuqaliyanın “Sportinq” klubuna qarşı qazanıb - 69:67.

Azərbaycan təmsilçisi əvvəlki görüşlərdə “Universitatiya”ya (96:105), “Kolossos”a (62:80) və “Esenler Erokspor”a (63:92) uduzub. “Rilski Sportist”lə qarşılaşmada isə komandaya 0:20 hesablı texniki məğlubiyyət verilib.

“Gəncə” növbəti avrokubok oyununu noyabrın 18-də Yunanıstanın Faliraki şəhərində “Kolossos H Hotels”ə qarşı keçirəcək.