“Gəncə” avrokubok oyunlarını Gəncədə keçirəcək

2.10.2026 17:32 45
İdman
Azərbaycan basketbol tarixində ilk dəfə FİBA Avropa Kubokunda regionu təmsil edən “Gəncə” qitəmiqyaslı turnirdə ev oyunlarını doğma şəhərdə keçirəcək.

Qərb təmsilçisi turnirin qrup mərhələsində beş ev oyununda rəqiblərini Gəncə İdman Sarayında qəbul edəcək.

Turnirin C qrupunda yer alan “Gəncə” “Universitatya Krayova” (Rumıniya), “Sportinq” (Portuqaliya), “Rilski Sportist” (Bolqarıstan), “Kolossos” (Yunanıstan) və “Esenler Erokspor”la (Türkiyə) üz-üzə gələcək.