Baha Qərb derbisinə maraq var? – “Kəpəz” satılan bilet sayını açıqladı

28.08.2026 16:20 7
Aktual / Ölkə futbolu
“Kəpəz” avqustun 30-da Misli premyer-liqasının 3-cü turunda “Turan Tovuz”u qəbul edəcək. Xəbər verdiyimiz kimi, “sarı-göylər” uzun fasilədən sonra ev oyununu ilk dəfə Gəncə şəhər stadionunda keçirəcək.

Klubun bu matç üçün biletləri baha qiymətə satışa çıxarmışdıq. Belə ki, biletlər 3, 5, 10, 10 manat dəyərindədi. Maraqlıdı, bəs, “Kəpəz” indiyə qədər neçə bilet sata bilib?

Bu sualla klubun mətbuat xidmətinin rəhbəri Gəray Qiyasova müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında 5 mindən çox biletin satıldığını dedi.
Gəncə şəhər stadionunun tutumu 15464 yerlikdi.

Xatırladaq ki, görüş saat 18.00-da start götürəcək.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul