Gözlənilən oldu: “Fənərbaxça” rəhbərliyi mövsümün əsas oyunundakı darmadağın-məğlubiyyəti baş məşqçi Domeniko Tedeskoya bağışlamadı.
0:3-dən sonra “Qalatasaray”dan 7 xal geri düşən “sarı-lacivərdlilər” artıq çempionluğun əldən getdiyini yaxşı anlayır. Amma Talişka 13-cü dəqiqədə rəqib qapısına təyin olunan penaltini qola çevirsəydi, oyun başqa hesabla bitə, hər şey fərqli axarı üzrə cərəyan edə bilərdi.
Reallıq isə odu ki, klub rəhbərliyi ötən ilin sentyabrından “sükan arxasında” olan belçikalı mütəxəssisə “qapını göstərdi”. Onula birgə idman direktoru Devin Özək və futbol əlaqələndiricisi Berke Çələbi də istefaya göndərildi. “Fənərbaxça”nı mövsümün son üç oyununa köməkçi-məşqçi Zəki Murat Gölə çıxaracaq.
ORXAN