MS-nin oyunçusu ziyana düşdü

1.01.2024 20:52 192
Dünya futbolu
Cek Qriliş külli miqadarda ziyana düşüb.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin oyunçusunun evi qarət edilib.

“The Sun” qəzetinin məlumatına görə, hadisə premyer-liqanın dekabrın 27-də keçirilən “Everton” ilə səfər oyunu zamanı (1:3) baş verib. Qrilişin 10 nəfərə yaxın qohumu bu oyuna baxarkən yuxarı mərtəbədə səs-küy və itlərin hürməsini eşidiblər. Ailə dərhal polis çağırıb.

Hadisə yerinə helikopterlə gələn polis havadan da axtarış aparıb. Buna baxmayaraq, qarətçilər içəri girməyi və 1 milyon funt sterlinq dəyərində saat və zinət əşyalarını oğurlamağı bacarıblar. Daha sonra hadisə yerindən qaçıblar.

“The Sun”un xəbərində evin ətrafında axtarışların aparıldığı, lakin şübhəlilərin izlərinə rast gəlinmədiyi qeyd edilir.