U-20 millimiz Pakistanla üz-üzə

9.06.2026 12:29 6
Ölkə futbolu
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, komanda Pakistan yığması ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17.30-da başlayacaq.

Bu, U-20-nin portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərliyi altında ilk oyunu olacaq.