Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət millimiz bu gün növbəti yoxlama oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Ruy Jorjenin çalışdırdığı U-20 Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 16.00-da başlanacaq.
U-20 yığmamız ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.
U-20 millisi Yaponiya ilə qarşılaşır
Ölkə futbolu






