İspartada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimiz bu gün ikinci yoxlama oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
"Sav" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Xatırladaq ki, yığma iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyni darmadağın edib (3:0).