"Kəpəz" növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, futbol həvəskarları həm Azərbaycan kuboku uğrunda yarışın 2-ci təsnifat mərhələsində "Baku Sportinq", həm də Misli premyer-liqasının 10-cu turunda "İmişli"yə qarşı matçların biletlərini əldə edə bilərlər.
Biletlər 2, 3, 5, 10 və 20 manat dəyərindədi.
Satış "iticket.az" saytı vasitəsilə və Gəncə şəhər stadionunun kassalarında həyata keçirilir.
"Kəpəz" "Baku Sportinq"i oktyabrın 28-də, "İmişli"ni isə noyabrın 1-də qəbul edəcək.
"Kəpəz"in ev oyunlarının biletləri satışda
Ölkə futbolu





