• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa Türkiyənin yanındadı

Aktual

15-02-2023, 15:0

Avropanın dörd bir tərəfindən futbolçuların və klubların Türkiyəyə həm maddi, həm də mənəvi dəstəyi davam edir.

“Böyük beşliy”in, “ikinci eşelon”un, eləcə də bir çox başqa ölkələrin çempionatlarında həftəsonu keçirilən bəzi qarşılaşmalardan öncə Türkiyə və Suriyada zəlzələdə dünyasını dəyişənlərin xatirəsi birdəqiqəlik sükutla yad olundu.

Məşhur türkiyəli şoumen Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi “Hall Siti”də kənarda qalmadı. Bu komanda şənbə günü “Stok Siti” ilə səfər oyunundan (0:0) öncə birdəqiqəlik sükut zamanı Türkiyə bayrağını açdı. Yeri gəlmişkən, Ilıcalı fevralın 16-da Konfrans Liqasının pley-offu çərçivəsində keçiriləcək “Trabzonspor” – “Bazel” matçının “TV8” kanalında, yəni açıq kanalda yayınlanacağını bildirib. Reklam gəlirlərindən əldə olunacaq pulun hamısı yardım fonduna köçürüləcək. Bilindiyi kimi, Türkiyədə avrokubok oyunları pullu platforma olan “Exxen”də yayınlanır. Həm “Exxen”in, həm də “TV8”-in sahibi Acun özüdü.

Avropada çıxış edən türkiyəli futbolçular da dəstəyini davam etdirir. Məsələn, “Xetafe”nin forvardı Enes Ünal La Liqanın son turunda “Rayo Valyekano” ilə səfər oyununda qol vurandan sonra kameralara üzərində “Pray for Turkey and Syria” (Türkiyə və Suriya üçün dua edin) sözü yazılmış formanı göstərdi. Həm bu, həm də La Liqanın digər qarşılaşmalarından öncə birdəqiqəlik sükut oldu.

Ümumiyyətlə, ispanlar dəstək baxımından fəallığı ilə seçilir. Yerli mətbuatın yazdığına görə, Madrid klublarının öz aralarında yardım xarakterli bir oyun keçirməsi gündəmdədi. Oyun ya “Real”ın, ya da “Atletiko”nun meydanında baş tutacaq. Quti və Roberto Karlos kimi Türkiyədə oynamış sabiq ulduzlar da bu matçda iştirak etməyə hazır olduqlarını bildiriblər. Almaniyada “Verder” – “Borussiya” (D) oyununa hər iki klubun üzvləri qara sarğı ilə çıxdılar. Bundan başqa, oyundan öncə hər iki klubun oyunçuları üzərində alman dilində “zəlzələnin qurbanlarına birlikdə yardım edək” yazılmış bir pankartla çıxdılar. Oyundan sonra isə formalar hərraca çıxarıldı. Belə güman olunur ki, bu addımların atılmasında hər iki klubda forma geymiş türkiyəli müdafiəçi Ömər Toprakın böyük rolu olub. Niderland çempionatında “türklərin komandası” “Fortuna” üçün tur uğurlu alındı. Özü də “Emmen”lə səfər oyununda (1:0) qələbə qolunu türkiyəli Oğuzhan Özyakup vurdu. Təbii ki, o da qoldan sonra vətəninə dəstək nümayiş etdirdi. Bu oyundan öncə birdəqiqəlik sükut zamanı isə Burak Yılmaz göz yaşını saxlaya bilmədi. Eləcə də Avropada çıxış edən digər türkiyəlilər – Doğan Ələmdar (Renn), Tolqa Ciğərci (Herta), Cengiz Ündər (Marsel) də istər oyunlardan öncə, istərsə də final fitindən sonra Türkiyəyə dəstək verdilər. Türkiyə yığmasının baş məşqçisi Ştefan Kunts isə Almaniyada yaşadığı bölgədəki bir marketdə əynində ay-ulduzlu forma ola-ola, kassirlik etdi. O, zəlzələ üçün yardım kampaniyası çərçivəsində 10 min avro toplayaraq AFAD-a göndərdi. Ən son Merih Dəmiralın kampaniyasına Canluici Buffon da qoşularaq əlcəklərini hərraca çıxardı. Dünyaca ünlü argentinalı superulduz Lionel Messi isə “instaqram”ının hekayə bölümündə qəlbinin Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkənlərlə birlikdə olduğunu yazdı. Bundan başqa, Messi UNİCEF-in başlatdığı yardım kampaniyasını da paylaşdı.

Bu qədər dəstəyin fonunda İlkay Gündoğanın addımı isə birmənalı qarşılanmadı və tənqidlərə səbəb oldu. Bilindiyi kimi, bazar günü “Mançester Siti”nin “Aston Villa”nı 3:1 hesabıyla yendiyi qarşılaşmada meydan sahiblərinin ikinci qolunu bu qürbətçi futbolçu vurdu. Amma İlkay qol sevinci zamanı Türkiyəyə heç bir dəstək nümayiş etdirmədi. Görünür, təcrübəli futbolçu, sadəcə, dəstək verməyi unudubmuş. Çünki qarşılaşmadan dərhal sonra Gündoğan “instaqram”da ağ-qara fonda şəkil paylaşaraq “vacib qələbə qazansaq da, düşüncələrim hələ də Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkən, dağıntıların altında qalan insanların və yorulmaq bilmədən çalışan xilasedicilərin yanındadı” ifadəsini yazdı. İlkay daha öncə Qaziantep və Hataya lazımi ləvazimatlarla dolu olan bir neçə TIR göndərib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-02-2023, 14:0

Türkiyə bayrağı və 1 dəqiqəlik sükut

Dünya futbolu

14-10-2022, 13:0

Acun bu dəfə ''Fənərbaxça''dan kimi gətirmək istəyir?

Dünya futbolu

6-07-2022, 18:0

''Hall Siti''də növbəti türk?

Dünya futbolu

27-06-2022, 15:0

Sabiq ''Qalatasaray''lı ''Hall Siti''də

Dünya futbolu

2-04-2022, 20:0

Acunun ''Hall Siti''si antirekordunu təkrarladı!

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 20:55
    Milli komandada yeni təyinat
  • Bu gün, 20:24
    Yeni kapitan oldu
  • Bu gün, 19:53
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 195
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə