Maraqlı məqam odu ki, Emin Mahmudovun adı iştirak ərizəsində yoxdu. Kapitan barədə son günlər qəribə informasiyaların yayılması şübhələri bir qədər də artırır.Yoxsa doğrudan da, Qriqorçuk Mahmudovu sərəncamında görmək istəmir?
“Neftçi”nin media üzrə əlaqələndiricisi Rüstəm Əfsərlinin “Football-plus.az”a cavabı:
“Emin Mahmudovun səhhətində heç bir problem yoxdu. Sadəcə, baş məşqçi əvvəlki iki oyunda çıxış edən bir neçə futbolçuya istirahət vermişdi. Həmin siyahıda Emin də var idi”.
Qeyd edək ki, paytaxt klubu əvvəlki yoxlama matçlarında "Alanyaspor"la "Sivasspor"a qalib gəlib.
RÖYANƏ OĞUZ





