Həmkarlarını arxada qoydu

30.01.2025 11:55 240
Dünya futbolu
İspaniya La Liqasında yanvar ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Bu nominasiyada “Xetafe”ni çalışdıran Xose Bordalas qalib gəlib.

Komanda onun rəhbərliyi altında bu ay səfərdə iki qələbə qazanıb və bir oyunu heç-heçə başa vurub. Bordalas ayının ən yaxşı məşqçisini müəyyən edən səsvermədə Karlo Ançelotti (Real) və Borxa Ximenesi (Leqanes) qabaqlayıb
“Xetafe” hazırda La Liqada 23 xalla 14-cü yeri tutur.