Markao gözlənilən aqibətlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, “Sevilya”nın müdafiəçisi İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən ciddi şəkildə cəzalandırılıb. Braziliyalı futbolçu “Real”la səfər oyununda (0:2) yol verdiyi hərəkətlərə görə 6 oyunluq diskvalifikasiya edilib.
Markao həmin matçda qırmızı vərəqə alıb və hakimə qarşı kobud ifadələr işlədib. Futbolçu hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb. Daha 2 oyunluq cəza isə iki sarı vərəqə alaraq meydandan qovulması və qeyri-idman davranışına görə tətbiq edilib.