Etan Mbappe ağır cəzadan qaça bilməyib.
"Football-plus.az" xəbər verir ki, UEFA “Lill”in yarımmüdafiəçisini 3 oyunluq cəzalandırıb.
19 yaşlı futbolçu Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda “Betis”lə keçirilən matçda (2:3) birbaşa qırmızı vərəqə almışdı. Etan oyunun gedişində rəqib komandanın müdafiəçisi Natanla insident yaşamışdı. O, əli ilə rəqib futbolçunun üzünə zərbə endirdiyi üçün hakim Georgi Kabakov VAR-ın müdaxiləsindən sonra fransalı futbolçunu meydandan kənarlaşdırmışdı.
“Real”ın hücumçusu Kilian Mbappenin kiçik qardaşı olan Etan Çempionlar Liqasında “Arsenal”, “Qalatasaray” və “Bude/Qlimt”lə növbəti oyunlarda komandasına kömək edə bilməyəcək.
Mbappe ağır cəzaya layiq bilindi
Dünya futbolu






