Noyabrın 5-də Konfrans Liqasının (KL) əsas mərhələsinin 3-cü turu keçirildi. Bununla da liqa mərhələsində nəzərdə tutulan oyunların yarısı arxada qaldı.
"Football-plus.az" xəbər verir ki, bu mərhələyə ardıcıl iki qələbə ilə başlayan 8 komandadan dördü azarkeşlərini bu dəfə belə nəticə ilə sevindirə bilmədi. “Brann” səfərdə “Sent-Trüyden” ilə 1:1 hesabına razılaşdı, “Trabzonspor” evdə “Frayburq”a, “Hayduk” isə səfərdə “Linkoln Red İmps”ə minimal hesabla məğlub oldu. “Luqano”, “Panatinaikos”, “Tvente” və “Monako” isə qələbə seriyasını 3 oyuna çatdırmaqla turnir cədvəlində şərikli liderliyini davam etdirdilər. Hələ ki xal qazana bilməyən iştirakçılar isə “İnter Eskaldes” və “Kauno Jalgiris”di.
Hesabat turunda qeydə alınan nəticələr sırasında qitənin 5 aparıcı ölkəsini təmsil edən iki komandanın növbəti büdrəməsi də diqqəti cəlb etdi. Doğrudu, bir oyunda məhz “böyük beşlik” təmsilçiləri qarşılaşdılar: “Xetafe” öz meydanında “Brayton”a 0:1 hesabıyla məğlub oldu. “Atalanta” isə İtaliyada “Kayrat” ilə 1:1 hesablı “sülh”ə razılaşdı. “Atalanta”nın 16-cı, “Xetafe”nin 31-ci yerdə olduğunu da qeyd edək.
liqa mərhələsi, 3-cü tur
Monako (Fransa) – Nordşellann (Danimarka) 2:0
Deturbe, 33. Ablin, 90+1.
Monako: Qradetski, Teze, Dayer (Sane, 58), Mavissa, Zakariya, Deturbe, Ture (Vanderson, 58), Diop (Qolovin, 58), Brunner (Kulibali, 70), Minamino, Baloqun (Ablin, 78).
Xetafe (İspaniya) – Brayton (İngiltərə) 0:1
Yalkuye, 64.
Xetafe: Soriya, Boselli, Cene, Qarsiya, Femeniya (Serrano, 73), Moxika, Manqala (Martin, 73), Qudel, Terrats (Unal, 71), Satriano (Mayoral, 85), Ason.
Brayton: Verbrüggen, Koştinya, Svoboda, Dank (Vuşkoviç, 46), Acam (De Kuyper, 70), Boskalyi (Osman, 78), Qross (Qomes, 78), Ayari, Yalkuye, Hinşelvud, O’Rayli, Rütter.
Trabzonspor (Türkiyə) – Frayburq (Almaniya) 0:1
Kübler, 14.
Trabzonspor: Onana, Mendi (Tufan, 58), Pina, Nvayvu, Özkaçar, Fabinyo, Eskihellaç (Buşuari, 88), Muçi, Savyolu, Salah, Onuaçu.
Frayburq (Almaniya): Bakhaus, Linhart, Kübler (Troy, 87), Ginter, Makenqo, Eqqeştayn, Engelhardt, İrye (Beste, 73), Qrifo (Qoto, 61), (Osterhaqe, 15), Şerhant (Sudzuki, 61), Matanoviç.
Atalanta (İtaliya) – Kayrat (Qazaxıstan) 1:1
Krstoviç, 82 – Qual, 53.
Atalanta: Karnesekki, Skalvini, Obriç, İdele, Bernaskoni (Zappakosta, 74), Sulemana (Ederson, 46), Rou (Zalevski, 58), Elmas, Paşaliç, Samarciç (De Ketelare, 58), Skamakka (Krstoviç, 67).
Myəllbü (İsveç) – Borats (Bosniya və Hersoqovina) 2:0
Berqström, 54. Enqqor, 88.
Orhus (Danimarka) – Braqa (Portuqaliya) 0:0
Linkoln Red İmps (Cəbəllütariq) – Hayduk (Xorvatiya) 1:0
Hacikaduniç, 89-öz qapısına.
Tyun (İsveçrə) – Harts (Şotlandiya) 3:1
Makkart, 22-öz qapısına. Labo, 34. Dursun, 57 – Findley, 82.
KuPS (Finlandiya) – Gent (Belçika) 0:0
Srvena Zvezda (Serbiya) - İnter Eskaldes (Andorra) 2:1
Luçiç, 80. Nakayama, 90+2 – Arelyano, 62.
Midtüllann (Danimarka) – Ayaks (Niderland) 1:6
Etim, 28 – Arokodare, 9; 52. Veyndal, 59. Klassen, 67. Qlux, 75. Markos Leonardo, 82.
Riqa (Latviya) – Yablonets (Çexiya) 1:1
Ramires, 35-p. – Nebıla, 49.
Universitatya Krayova (Rumıniya) – Eqnatiya (Albaniya) 2:0
Çikıldeu, 24. Banku, 32.
Sent-Trüyden (Belçika) – Brann (Norveç) 1:1
İşivatari, 48 – Matisen, 79.
Tvente (Niderland) – Pafos (Cənubi Kipr) 3:1
Neystad, 63. Eryaseter, 76. Vaydman, 82 – Lele, 40.
Luqano (İsveçrə) – Kauno Jalgiris (Litva) 3:0
Siminyani, 11. Alioski, 24. Duş Santuş, 32.
Panatinaikos (Yunanıstan) – ÇSKA (Bolqarıstan) 2:1
Kalabriya, 41. Taborda, 68 – Almeyda, 44.
Kopenhagen (Danimarka) – İberiya 1999 (Gürcüstan) 2:1
Elyunussi, 19-p. Selimoviç, 22-öz qapısına – Dzaqaniya, 30.
1. Luqano 3 3 0 0 11-4 9
2. Panatinaikos 3 3 0 0 9-3 9
3. Tvente 3 3 0 0 8-2 9
4. Monako 3 3 0 0 7-1 9
5. Brayton 3 2 1 0 5-0 7
6. Brann 3 2 1 0 7-3 7
7. Kopenhagen 3 2 1 0 7-3 7
8. Universitatya K 3 2 1 0 6-2 7
9. Myəllbü 3 2 1 0 5-1 7
10. Sent-Trüyden 3 2 1 0 4-1 7
11. Ayaks 3 2 0 1 9-3 6
12. Trabzonspor 3 2 0 1 6-3 6
13. Hayduk 3 2 0 1 3-2 6
14. Frayburq 3 2 0 1 4-5 6
15. Srvena Zvezda 3 1 1 1 6-6 4
16. Atalanta 3 1 1 1 4-4 4
17. Braqa 3 1 1 1 2-3 4
18. Gent 3 1 1 1 1-2 4
19. Riqa 3 0 3 0 3-3 3
20. Tyun 3 1 0 2 3-3 3
21. Borats 3 1 0 2 3-4 3
22. Linkoln Red İmps 3 1 0 2 3-6 3
23. Yablonets 3 0 2 1 3-4 2
24. Orhus 3 0 2 1 1-2 2
25. Nordşellann 3 0 2 1 3-5 2
26. Eqnatiya 3 0 2 1 2-4 2
27. Kayrat 3 0 2 1 3-7 2
28. ÇSKA 3 0 1 2 4-6 1
29. İberiya 3 0 1 2 2-5 1
30. Pafos 3 0 1 2 3-7 1
31. Xetafe 3 0 1 2 3-7 1
32. KuPS 3 0 1 2 2-6 1
33. Harts 3 0 1 2 2-6 1
34. Midtüllann 3 0 1 2 2-8 1
35. İnter Eskaldes 3 0 0 3 2-7 0
36. Kauno Jalgiris 3 0 0 3 1-11 0
Bombardirlər: Ayeti (Luqano), Arokodare (Ayaks), Dessers (Panatinaikos), Frankulino (Trabzonspor), Kastro, Holm (hər ikisi “Brann”) - 3.
Növbəti turun oyunları noyabrın 26-da keçiriləcək: Kayrat – Myəllbü, Ayaks – Tyun, Brayton – Universitatya Krayova, İberiya 1999 – Xetafe, Yablonets – Luqano, Kauno Jalgiris – Riqa, Harts – Monako, Eqnatiya - Linkoln Red İmps, Pafos – Midtüllann, Brann – Orhus, Nordşellann – Panatinaikos, Borats – Atalanta, Hayduk – Sent-Trüyden, İnter Eskaldes – Kopenhagen, Gent – Srvena Zvezda, ÇSKA – Trabzonspor, Braqa – KuPS, Frayburq - Tvente.
4 komanda ardıcıl 3-cü qələbəsini qazandı - İCMAL
Reportaj





