Yığma sabah Millətlər Liqasının D liqasında ikinci oyununu keçirəcək. İlk matçda səfərdə Litva ilə heç-heçə edən (1:1) komandamız bu dəfə evdə Lixtenşteyni sınağa çəkəcək.
Bilindiyi kimi, qarşılaşma 31200 yerlik Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ayxan Abbasovun komandası bu matçda mütləq qələbə qazanmalıdı. Əks halda, bu mərhələni qrup qalibi kimi başa vurmaq ehtimalımız böyük ölçüdə azalacaq. Bəs, millimizi belə əhəmiyyətli görüşdə nə qədər azarkeş dəstəkləyəcək? Tribunalarda qonaq tərəfdarlar da olacaqmı?
Bu suallarla AFFA-nın mətbuat katibi Aida Əliyevaya müraciət etdik. Federasiya rəsmisi “Football-plus.az”a açıqlamasında oyun üçün indiyə qədər 4000 biletin satıldığını, lixtenşteynli azarkeşlərin stadionda olmayacağını bildirdi.
Xatırladaq ki, bu oyun saat 20.00-da start götürəcək.
KƏNAN BAHADIR
Tribunalarda “bayquş ulayacaq”, bəs, milli “at oynada” biləcəkmi?
Ölkə futbolu / Manşet






