Görəsən, azərbaycanlı azarkeşlər “qartallar”ı Moldovada dəstəkləyəcəkmi? Ümumiyyətlə, bununla bağlı kluba müraciət olunubmu? Həmin ölkədəki səfirliyimiz “Zirə” ilə maraqlanıbmı?
Bu suallarla “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazədəyə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Bizi 30 azarkeşin dəstəkləyəcəyi gözlənilir. Səfirliklə bağlı suala gəlincə, Moldovaya çatandan bəri daim komandamızın yanında olub, hər cür dəstək veriblər. Oyunda da yanımızda olacaqlar. Fürsətdən istifadə edib səfirlik əməkdaşlarına təşəkkür edirik”.
KƏNAN BAHADIR






