"Football-plus.az" xəbər verir ki, bu qaynağa inansaq, komandanın rəhbəri Günter Ştayner belə hesab edir ki, əfsanəvi yeddiqat dünya çempionu Mikael Şumaherin 23 yaşlı oğlu qarşısında duran tələblərə uyğun gəlmir. Komandanın Miki həmvətəni Niko Hülkenberq ilə əvəz edəcəyi də xəbər verilir. Maraqlıdı ki, “Autosport” bu yöndə fərqli xəbər yayıb. Adı çəkilən qaynaq bildirir ki, Şumaheri “Haas”da “Alfa Romeo”nun sabiq pilotu Antonio Covinatsi əvəz edəcək.
Şumaher hazırda 12 xalla şəxsi hesabda 15-ci pillədə qərarlaşıb. Onun komanda yoldaşı Kevin Maqnussen isə 22 xalla 11-ci pillədədi. Almaniyalı pilotun “Haas”la müqaviləsinin müddəti 2022-nin dekabrına qədərdi.
“Haas” Mikə güvənməsə də, onun əmisi Ralf Şumaher bu yöndə narahat deyil:
“Uzunmüddətli perspektibdə Mikin “Formula-1”də gələcəyinə görə narahat deyiləm. Növbəti ilə gəlincə, Mik tərəqqini davam etdirəcək, getdikcə daha da yaxşılaşacaq. Günter Ştaynerlə Cin Haas məsələlərə obyektiv yanaşsalar, çətin ki, Miki gözdən qaçıralar. Baxaq görək necə olur”.

