 
Lionel Messi uğurlarla zəngin olan karyerasında növbəti mükafatını alıb. 
"Footbalıl-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu MLS-in “Qızıl buts” mükafatına layiq görülüb.
Mükafat futbolçuya MLS-in pley-off mərhələsinin 1/8 finalının “Neşvill”lə matçından əvvəl təqdim edilib. Oyun 5:3 hesabı ilə “İnter Mayami”nin xeyrinə başa çatıb. Messi 3 qolun müəllifi olub. Argentinalı ulduz mükafatı çempionatın ən məhsuldar futbolçusu kimi qazanıb. 38 yaşlı hücumçu MLS-in müntəzəm mövsümündə 28 oyuna 29 qol vuraraq bombardir adını qazanıb.
Qeyd edək ki, Messi “İnter Mayami”də 2023-cü ilin yayından çıxış edir. O, yaxında klubla müqaviləsinin müddətini 2028-ci ilin dekabrına qədər artırıb.