Messi zirvəni təkbaşına ələ keçirdi

14.09.2026 14:57 0
Dünya futbolu
Lionel Messi MLS-də məhsuldar çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu ABŞ çempionatının 25-ci turunun “Neşvill” ilə ev oyununda (2:2) növbəti qolunu vurub. Argentinalı futbolçu cari mövsümdəki qollarının sayını 19-a çatdırıb.

Nəticədə Messi bombardirlərin siyahısında 18 qol vuran “Dallas”ın futbolçusu Petar Musanı qabaqlayaraq vahid liderliyi ələ keçirib. Messi həm də MLS-dəki məhsuldar fəaliyyətlə seçildiyi oyunların sayını yeddiyə çatdırıb.

“İnter Mayami” 25 oyuna 45 xalla Şərq Konfransının turnir cədvəlində 2-ci yeri tutur. Bu konfransın lideri 54 xala malik olan “Neşvill”di.