Ronaldo 30 gündən sonra…

22.10.2026 15:59 36
Dünya futbolu
Kriştiano Ronaldonun aqibətinə aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, o, Portuqaliya yığmasının düşərgəsini tərk etdiyinə görə 30 günlük cəzalandırılıb. Məşhur jurnalist Fabritsio Romanonun məlumatına görə, ulduz futbolçuya 255 avro cərimə də kəsilib.

Xatırladaq ki, Ronaldo Millətlər Liqasının Danimarka ilə matçından (4:2) əvvəl milli komandanın düşərgəsini tərk etmişdi. Baş məşqçi Jorje Jezuş isə tərəflər arasında münaqişə olmadığını bildirmişdi.

Kriştiano Portuqaliya yığmasında 2003-cü ildən çıxış edir. O, milli komanda ilə 2016-cı ildə Avropa çempionu olub və iki dəfə Millətlər Liqasında qalib gəlib.