Argentina yığmasının yeni kapitanı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, milli komandanın baş məşqçisi Lionel Skaloni növbəti oyunlarda kapitan sarğısını daşıyacaq futbolçunun adını açıqlayıb. O, bu vəzifəni “Atletiko”nun müdafiəçisi Kristian Romeroya həvalə edib.
Argentina sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina Faso, oktyabrın 6-da isə Beninlə yoldaşlıq oyunu keçirəcək.
Xatırladaq ki, Beninlə matç Lionel Messinin milli komandada sonuncu oyunu olacaq. Həmin oyunda kapitan sarğısını məhz o, qoluna taxacaq.
Milli komandada yeni kapitan
Dünya futbolu






